Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
İşğaldan azad olunmuş torpaqlarımıza Ali Baş Komandanımızın hər səfəri, orada üçrəngli bayrağımızı ucaltmağı bizi olduqca qürurlandırır

0

  •         44 günlük Vətən müharibəsi Azərbaycanın qüdrətini bütün dünyaya sübut etdi. 44 günlük davam edən haqq savaşında cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik xalqımızın dövlət başçısının ətrafında sıx birləşməsinin bariz nümunəsi idi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uzun illərdən bəri apardığı məqsədyönlü işlər, xüsusilə ordu quruculuğu sahəsində həyata keçirdiyi tədbirlər öz bəhrəsini verdi.  Bir zamanlar xəyalını qurduğumuz yurd yerləri artıq bizimdir. Artıq Şuşa, Laçın, Ağdam, Kəlbəcər və s. rayon sakinləri öz doğma ata - baba yurdlarına səfər edir, 30 illik Vətən həsrətinə son qoyurlar.  Cənab Ali Baş Komandanın və Birinci Xanım Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfəri, mühüm tədbirlərdə iştirakı bizə növbəti dəfə böyük sevinc hissi yaşatdı. İşğaldan azad olunmuş torpaqlarımıza qalib Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi hər səfəri, orada üçrəngli bayrağımızı ucaltmağı bizi olduqca qürurlandırır. Biz doğma tarixi torpaqlarımıza Prezidentimizin uzaqgörən siyasəti, möhkəm iradəsi, qətiyyəti sayəsində qovuşduq.  Cənab Prezidentimizin səmimiyyəti həmişə xalqımızın motivasiyası olub. Xüsusilə Kəlbəcərdə arıçılarla səmimi söhbətini hər kəs maraq və rəğbətlə qarşıladı. Səfər zamanı təməlqoyma, açılış mərasimləri, orada mənfur düşmənlərə ünvanladığı mesajlar qəlbimizdəki fəxarət hissini daha da artırdı. Cənab Prezidentin və Ölkəmizin vitse-prezidenti Mehriban xanım Əliyevanın belə səfərləri biz Azərbaycan vətəndaşlarına güc, qüvvət, stimul  verir.  Azərbaycan xalqının çoxillik arzularını həyata keçirdiyi və ölkəmizin ərazi bütövlüyünü bərpa etdiyi üçün Prezidentimizə bir ömür boyu borcluyuq.  Sevda MƏMMƏDOVA,Xocalı rayonundan məcburi köçkün 
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib43 dəfə
    İşğaldan azad olunmuş torpaqlarımıza Ali Baş Komandanımızın hər səfəri orada üçrəngli bayrağımızı ucaltmağı bizi olduqca qürurlandırır

    Maraqlı gələ bilər
    0
    61
    53
    24
    59